Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-16 17:09:41
AzTU-da Novuz şənliyi keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Novruz şənliyi keçirilib.

 

AzEdu.az xəbər verir ki, tədbirdə AzTU-nun rəhbərliyi, müəllimləri və tələbələri iştirak ediblər.

 

Əvvəlcə fakültələrin və tələbə təşkilatlarının Novruz bayramı münasibətilə hazırladıqları stendlərə baxış keçirilib.

 

Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev Novruz bayramı münasibətilə təbriklərini çatdırıb. Rektor UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmiş Novruz bayramının tarixindən, onun milli birlik və həmrəylik bayramı olmasından, müxtəlif xalqları birləşdirməsindən danışıb.

 

Daha sonra universitetin sosial-ictimai həyatında fəallıq nümayiş etdirən tələbələr fəxri fərmanla təltif olunub.

 

Novruzun personajları keçəl və kosanın məzəli əhvalatları da alqışlarla qarşılanıb.

 

Tədbir konsert proqramı ilə davam edib.