
Gecə Qubanın dağ kəndlərindən birində tikintisi başa çatmayan modul tipli natamam orta məktəbdə yanğın olub. Hadisə Qubanın Çarxaçu kəndində baş verib.
AzEdu.az hadisənin təfərrüfatını öyrənmək məqsədilə Quba Rayon Təhsil Şöbəsi ilə saxlayıb. Təhsil şöbəsindən verilən məlumata görə, hələ istifadəyə verilməyən modul tipli təhsil müəssisəsinin şagirdləri köhnə məktəblərində qalmalı olacaqlar:
“Məktəbin tikintisi başa çatmadığına görə hələ istifadəyə verilməmişdi. Hazırda şagirdlər köhnə məktəblərində təhsil alırlar. Onlar ilin əvvəlindən köhnə məktəbdə yerləşdiriliblər. Məktəb bizə tikinti bitəndən sonra təhvil veriləcək.
Yanğın nəticəsində xəsarət alan yoxdur. Amma hər halda məktəb yandığına görə ona müəyyən qədər ziyan dəyib”.
Təhsil şöbəsindən yanğının səbəbi haqda məlumat verilməsə də, ilkin səbəb kimi, elektrik xətlərində qısa qapanma göstərilir.
Qeyd edək ki, hadisə yerinə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və digər rəhbər şəxslər gəlib.
Faktla bağlı Quba Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.