Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-28 22:36:54
Azərbaycanda deputat GÜLLƏLƏNDİ - YENİLƏNİB

Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsd təşkil olunub.


AzEdu.az xəbər verir ki, deputat Sabunçu rayonundakı evinin yaxınlığında naməlum şəxs tərəfindən güllələnib.
 

Fazil Mustafa yaralı vəziyyətdə xəstəxanaya aparılıb. Millət vəkilinin Təcili Tibbi Yardım briqadası tərəfindən Kliniki Tibbi Mərkəzə yerləşdirildiyi bildirilib.

 

Baş vermiş hadisə ilə bağlı əməliyyat-istintaq qrupu yaradılıb. Araşdırmalar davam etdirilir.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Fazil Mustafa Zabrat qəsəbəsindəki evinin yaxınlığında güllələnib. Onun ayaq və çiyin nahiyəsindən yaralandığı bildirilir.

 

Hazırda deputatın vəziyyəti qənaətbəxşdir, həyatı təhlükəsi yoxdur.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs axtarışdadır.