Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-29 11:01:57
Fövqəladə Hallar Nazirliyi 4-ü azyaşlını XİLAS EDİB

Fövqəladə Hallar Nazirliyi (FHN) bildirib ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 43 yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

AzEdu.az xəbər verir ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. 

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində qəza-xilasetmə əməliyyatları zamanı 4-ü azyaşlı olmaqla 7 nəfər xilas edilib, həmçinin Bakı şəhərinin Suraxanı rayonunda beşmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.