Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-29 15:15:00
Bu müəllimlər işdən çıxarılacaq - RƏSMİ

Sertifikatlaşdırmada uğur qazanmayan müəllimlərin işinə 1 il ara verilir və daha sonra onlar təkrar sertifikasiya imtahanına daxil olurlar. Bəs bu imtahandan da uğur qazana bilməyən müəllimlərin aqibəti necə olacaq? 

 

AzEdu.az xəbər verir ki, sözügedən məsələyə Təhsil İnstitutunun direktoru Rüfət Əzizov aydınlıq gətirib.

 

“Sertifikasiyadan keçə bilməyən müəllimlər üçün 1 il ara verildikdən sonra bu il yenidən şans yaradılır. Keçirilən təkrar sertifikasiyada da uğurlu ola bilməyən müəllimlərin əmək müqaviləsinə qaydalara uyğun şəkildə xitam verilə bilər”.

O bildirib ki, bu, güzəşt tətbiq edilmiş müəllimlərə şamil deyil: “Kimlərə güzəşt nəzərdə tutulduğu qaydalarda öz əksini tapıb”.


Rüfət Əzizov eyni zamanda, deyib ki, ötən il müxtəlif səbəblərdən sertifikasiya imtahanında iştirak etməyənlər də təkrar sertifikasiyada iştirak edəcəklər:

“Xüsusi səbəblər olubsa, müvafiq qaydada bizə müraciət edə bilərlər. Əgər müəllimin ötənilki sertifikasiyada iştirak etmədiklərinə dair səbəbi təsdiq edən sənəd yoxdursa, təkrar sertifikasiyadan kəsildikləri halda əmək müqavilələrinə xitam verilə bilər”.

Ötən il sertifikasiyada uğursuz nəticə göstərən ibtidai sinif müəllimləri 22 faiz (2742 nəfər) təşkil edib.