
2023-04-03 09:30:48
Lənkəran Dövlət Universitetində fənn olimpiadası keçirilib
Lənkəran Dövlət Universitetində (LDU) fizika, riyaziyyat, informatika, kimya, biologiya və coğrafiya fənləri üzrə zona fənn olimpiadası keçirilib.
Universitetdən AzEdu.az-a bu barədə məlumat verilib.
Keçirilən olimpiadada Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Astara və Lerik rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri, LDU-nun nəzdində Sosial və Aqrar-Texnoloji Kolleci, Astara Pedaqoji Kolleci və Masallı Dövlət Regional Kollecinin tələbələri iştirak ediblər.
Bilik yarışmasına qatılan 400-ə yaxın tələbə və şagird seçdikləri fənnlər üzrə 3 açıq tipli sualı 2 saat 30 dəqiqə ərzində yazılı cavablandırıblar.
Olimpiada qalibləri üçün mükafatlandırma mərasimi keçiriləcək və onlara LDU-nun fəxri-fərman, diplom və qiymətli hədiyyələri təqdim olunacaq.
Bilik yarışmasının nəticələri ilə bağlı LDU-nun rəsmi web saytında və facebook səhifəsində məlumat veriləcək. Xatırladaq ki, LDU-da zona fənn olimpiadaları son 6 ildə ənənəvi olaraq hər il keçirilir.
Bu bölməyə aid digər xəbərlər
Regionlarda məktəb açılışları olub
2024-09-07 09:42:23
DİM “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib
2024-08-23 10:49:51
Səhiyyə Nazirliyindən korona ilə bağlı AÇIQLAMA
2024-08-22 11:46:52
MİQ-in müsahibə mərhələsinin VI günündə 816 nəfər iştirak edib
2024-08-21 19:05:10
Minik avtomobili sürücüləri imtahana buraxılış vərəqəsini çap edə bilərlər
2024-08-21 15:31:17
Naxçıvanda bu qədər uşaq I sinifə gedəcək
2024-08-21 13:02:05
Bu instituta yeni direktor təyin edildi
2024-08-21 10:22:09
Paytaxtın bu ərazilərində nəqliyyatın hərəkəti dayandırılır
2024-08-20 16:31:07
Naxçıvanda açıq gimnastika məşğələləri reallaşıb
2024-08-18 18:06:22
Sumqayıtda maşın gənc piyadanı vurub
2024-08-18 08:55:39