
Kiçik Summativ Qiymətləndirmə 45, Böyük Summativ Qiymətləndirmə isə 90 dəqiqə ərzində keçiriləcək.
Bu barədə Təhsil Nazirliyinin sektor müdiri Vidadi Bağırov Təhsil Tv-də yayımlanan “Həftənin sualı” verilişinə açıqlaması zamanı məlumat verib.
O, məktəbdaxili qiymətləndirməyə tətbiq ediləcək qiymətləndirmələr haqda danışarkən bildirib ki, hər fəndən ən azı 3 Kiçik Summativ Qiymətləndirmə olmalıdır. Onun sözlərinə görə bu dəfə artıq summativlərin keçirilmə müddəti və vaxtı da dəqiqləşdirilib:
“KSQ dərs vaxtı keçirilir və 1 dərs, yəni, 45 dəqiqə ərzində yekunlaşır. KSQ daha yaxın vaxtları əhatə etdiyindən onun üçün 1 saat kifayət olur. Amma Böyük Summativ Qiymətləndirmənin dərsdən kənar vaxtda keçirilməsi planlaşdırırlır. BSQ-nin keçirilmə müddəti isə 90 dəqiqə nəzərdə tutulub”.