
Təmayülləşmə tətbiq olunan lisey və gimnaziyalarda Böyük Summativ Qiymətləndirmə keçirilən fənlərin sayı artırıla bilər.
Bu barədə Təhsil Tv-nin “Həftənin sualı” verilişinə açıqlaması zamanı Təhsil Nazirliyinin sektor müdiri Vidadi Bağırov deyib. O, orta məktəblərdə qiymətləndirməyə tətbiq olunan yeniliklərlə bağlı danışarkən bildirib ki, təmayülləşmə tətbiq olunan lisey və gimnaziyalarda BSQ daha çox fəndən keçirilə bilər:
“Buna həmin məktəbin Pedaqoji şurası qərar verə bilər. Şura daha çox fəndən imtahan keçirməyi lazım bilirsə, müakirəaparılır. BSQ-nin digər fənlərdən də keçirilməsi ilə bağlı qərar qəbul olunsa, bu, tətbiq oluna bilər”.
Onun sözlərinə görə, bu imtahanlar şagirdləri məhdudlaşdırmır, əksinə onlar üçün yeni imkanlar açır:
“Təbii ki, bu zaman məktəblər sualların çətinlik dərəcəsini nəzərə almalıdırlar. Verilən 20 sualdan hamısın çətin və ya asan olması da düz deyil.
Summativlərdə verilən suallardan 20%-i asan, 20%-i isə çətin tipli olmalıdır. Qalan 60% sualın isə yarısı asan, yarısı çətinə yaxın olacaq”.