Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-05 19:04:08
Azərbaycanda yoluxma və ölüm sayı ARTDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 101 yeni yoluxma faktı qeydə alınıb, 93 nəfər müalicə olunaraq sağalıb.

 

AzEdu.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 830 056 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 819 403 nəfər müalicə olunaraq sağalıb, 10 193 nəfər vəfat edib, aktiv xəstə sayı 460 nəfərdir.

 

Son sutka ərzində 1732, hazırkı dövrədək isə 7 564 431 test aparılıb.