
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Bakıdakı 20 nömrəli məktəb-liseydə baş verən kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb.
AzEdu.az xəbər verir ki, TƏBİB bildirib ki, baş verən hadisə ilə əlaqədar qurumun tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub.
Təcili tibbi yardım briqadaları dərhal hadisə yerinə cəlb edilib.
“6 nəfər (4-ü qadın, 2-si kişi cinsi olmaqla) TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində olan 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib. Onlardan 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərə (vəziyyətləri qənaətbəxş) tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində, 1 nəfərə (vəziyyəti ağır qiymətləndirilir) Reanimasiya şöbəsində zəruri tibbi xidmətlər göstərilir”.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri müvafiq qurumların əməkdaşları birgə hadisənin səbbələrini araşdırır.
Yasamal rayon prokurorluğunda da 20 nömrəli məktəb-liseydə şagirdlərin qidadan zəhərlənməsi faktı üzrə araşdırma başlayıb.