Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-07 11:01:51
Naxçıvanda 3 yaşlı uşaq mismar udub

Naxçıvanda 3 yaşlı uşaq mismar udub.

 

AzEdu.az xəbər verir ki, hadisə bu gün Muxtar Respublikanın Kəngərli rayon Böyükdüz kəndində qeydə alınıb.

 

Belə ki, 2019-cu il təvəllüdlü Əlisoy Əli Ceyhun oğlu evdə mismar udub. Vəziyyəti pisləşən uşaq Naxçıvan Diaqnostika Müalicə Mərkəzinə yerləşdirilib.

 

Mərkəzdən bildirilib ki, uşağın mədəsindəki mismar zond vasitəsilə çıxarılıb, vəziyyəti sabitdir.