Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-08 15:24:12
Şuşadakı tarixi abidələrin əksəriyyəti işğal zamanı dağıdılıb

Şuşa şəhəri işğal dövründə, 30 il ərzində dağıntılara, vandalizmə məruz qalmışdır. İşğaldan azad edildikdən sonra Şuşada Prezident İlham Əliyevin tapşırığı ilə bərpa-qurucu işləri aparılır.

 

AzEdu.az Modern.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Şuşa şəhərində keçirilən TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının bağlanış mərasimində deyib.

 

Aydın Kərimov bildirib ki, Şuşa şəhərindəki tarixi abidələrin əksəriyyəti işğal zamanı dağıdılıb. Şuşa işğaldan azad edildikdən sonra tarixi abidələrin bərpası istiqəmətində də işlər aparılır.

 

“Artıq 10-a yaxın abidə bərpa edilib. Yaxın aylarda da bir neçə abidənin bərpası tamamlanacaq. Bu işlər davamlı olaraq aparılacaq. Biz Şuşanın tarixi-mədəni irsinin qorunmasını təmin edəcəyik”, – deyə Aydın Kərimov bildirib.