Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-09 13:04:19
“Yüksəliş” müsabiqəsi imtahan vaxtını saat 15:00-a dəyişdi

“Yüksəliş” müsabiqəsinin bu gün keçirilməli olan imtahanında texniki problem yaranıb.

AzEdu.az xəbər verir ki, bu barədə müsabiqənin mətbuat xidməti məlumat yayıb.

"Hörmətli iştirakçılar!

Bəzi iştirakçıların imtahan portalına qoşulmasında texniki məhdudiyyət yaranması səbəbindən sınaq imtahanının yenidən keçirilməsi bu gün 16:00-a təyin olunub. İmtahan portalına giriş saat 15:00-da aktiv olacaq.

İştirakçılara uğurlar arzulayırıq", - deyə müsabiqənin mətbuat xidmətindən bildirilib.