Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-10 10:47:21
Emin Əmrullayev növbəti vətəndaş qəbulu keçirəcək

Elm və təhsil naziri Emin Əmrullayev 28 aprel 2023-cü il tarixində Qusar rayonunda vətəndaşları qəbul edəcək.

Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən bildirilib.

Qəbulda Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayon sakinləri iştirak edə bilərlər.

Adları çəkilən rayonların sakinləri 19 aprel 2023-cü il (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Eləcə də nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “Whatsapp” vasitəsilə müraciət göndərmək mümkündür.

Qəbulda yalnız yuxarıda göstərilən tarixlərdə müraciət etmiş şəxslər iştirak edə biləcəklər.