Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-22 16:58:00
“Gənc olimpiadaçılar qrupunun yaradılması” layihəsi  davam edir

AzərbaycanResbublikası Təhsil Nazirliyinin "Təhsildəinkişafvəinnovasiyalar" üzrə 2-ci  qrant müsabiqəsi çərçivəsində İ.Hacıyevadına "Tərəqqi" texniki-humanitar liseyində“Gənc olimpiadaçılar qrupunun yaradılması” layihəsi uğurla davam edir.

AzEdu.az xəbər verir ki, Azərbaycan Respublikası Təhsil Nazirinin 28 avqust 2017-ci il tarixli, 261 nömrəli əmri ilə təsdiq olunmuş “Təhsildə keyfiyyət ili” çərçivəsində nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı Təhsil Nazirliyinin fəaliyyət planının 1.3.10. bəndinə əsasən  məktəblərdə istedadlı şagirdlərlə aparılan işlərin vəziyyətinin araşdırılması, hər bir məktəbdə, eləcə də rayon (şəhər) üzrə istedadlı şagirdlərdən ibarət məlumat bankının yaradılmasının təmin edilməsi, müxtəlif sahələr əhatə olunmaqla istedadları ilə fərqlənən şagirdləri aşkara çıxarmaq üçün kiçik olimpiada, müsabiqə və yarışların təşkilinin nəzərdə tutulduğunu qeyd edib.

Qeyd olunan layihənin məqsədi Bakı şəhərində yerləşən məktəb, lisey və gimnaziyalarda oxuyan istedadlı şagirdlərin seçilməsi və onların bilik, bacarıq və vərdişlərinin daha da inkişaf etdirilməsidir.

İyun ayından başlayaraq təşkilati işlər aparılıb. Layihənin məqsədi və keçirilməsi barədə Facebook sosial şəbəkəsində  elanlar yerləşdirilmiş, Bakıda yerləşən bütün məktəb, lisey və gimnaziyalara e-mail vasitəsilə məlumatlar və məktublar göndərilmişdir. Şagirdlərin onlayn qeydiyyatı üçün http://tereqqi.imtahan.net/qeydiyyat/ saytı yaradılıb. 

Layihə çərçivəsində facebook sosial şəbəkəsində “Gənc olimpiadaçılar qrupu” yaradılmış və mütəmadi olaraq elanlar yerləşdirilmişdir. Həmin qrupun 500 nəfərədək üzvü vardır.

22 sentyabrda İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseydə seçim turu keçirilmişdir. Tədbirdə çışıx edən layihənin rəhbəri, liseyin direktoru, professor Nasim Abışov  çıxış edərək bildirmişdir ki, təhsil əsri elan edilən XXI əsrdə yüksək intellektə malik insan kapitalının formalaşması və güclü iqtisadiyyatın qurulmasında onun rolu heç vaxt indiki qədər aktual olmamışdır. “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik” - deyən ölkə rəhbəri bu sahəni daim diqqətdə saxlayır, təhsil sahəsi üzrə çoxsaylı dövlət proqramlarının yerinə yetirilməsi üçün fərman və sərəncamlar imzalayıb. 

İstedadlı uşaqların erkən dövrlərdən axtarılıb tapılması və onlarla düzgün işin qurulması vacib məsələdir. Bu  baxımdan hesab edirik ki, məktəb, lisey və gimnaziyaların 7-ci siniflərində oxuyan və akademik istedada malik şagirdlərin aşkarlanması, onlarla düzgün işin qurulması günümüzün aktual məsələlərindəndir. Müxtəlif ölkələrdən olan iştirakçılar və komanda rəhbərləri ilə aparılmış sorğular onu göstərir ki, riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə keşirilən beynəlxalq fənn olimpiadalarında daha yüksək nəticələr əldə edən şagirdlər məhz aşağı siniflərdən seçilən və xüsusi hazırlıq görmüş şagirdlərdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən də bu sahədə mühüm işlər görülür. Elə bunun nəticəsidir ki, son 5 ildə beynəlxalq fənn olimpiadasında medal qazanan Azərbaycan məktəblilərinin sayı artır və onların qazandıqları medalların əyyarları yüksəlir. Amma qeyd etmək lazımdır ki, respublikamızda bu işə əsasən 8-ci sinif şagirdlərinin cəlb olunması ilə başlanılır. Fikrimizcə, gələcəkdə  beynəlxalq fənn olimpiadalarına hazırlaşacaq qrupun təşkil olunması üşün şagirdlərin 7-ci siniflərdən seçilməsi və onlarla riyaziyyat və məntiq fənləri ilə dərindən məşğul olmaq lazımdır. Güclü riyazi məntiq, düşüncəyə malik şagIrdlərin 8-ci sinifdən başlayaraq riyaziyyat, fizika, kimya, biologiya və informatika üzrə beynəlxalq fənn olimpiadalarına hazırlaşarlarsa, onlar daha da yüksək nəticələr əldə etmiş olarlar.

Olimpiadanın keçirilməsində liseyin 9, 10 və 11-ci sinif şagirdlərindən ibarət könüllülər dəstəsi iştirak etmişdir. Bu turda ümumilikdə 287 nəfər (269 nəfər onlayn  18 nəfər təqdim olunan siyahı əsasında) şagird qeydiyyatdan keçmişdir. Şagirdlərə riyaziyyatdan cəmi 10 məsələ verilmiş, bütün suallar ümumilkdə 100 balla qiymətləndirilmişdir.  Seçim turunun nəticələri facebook sosial şəbəkəsində yaradılan qrupda  29 sentyabr tarixinədək elan olunacaqdır. Şagirdlər öz səhifələrinə daxil olaraq qeydiyyat zamanı istifadə etdikləri telefon nömrəsini yazmaqla da öz nəticələrini öyrənə biləcəklər.   Müsabiqədə 60%-dən yüksək nəticə göstərmiş ilk 20 nəfər şagirdin seçilməsini planlaşdırılır.

Olimpiada qruplarında dərslərin 01 oktyabrdan başlayaraq keçirilməsi nəzərdə tutulub.