Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-11 12:13:26
Bu universitetin Mədəniyyət Nazirliyinə verilməsi təklif olunur

“Təhsil Nazirliyinin işçilərinin 90 faizi teatrlar haradadır bilmirlər”.

 

AzEdu.az xəbər verir ki, bunu teatrşünas, Əməkdar incəsənət xadimi İlham Rəhimli “Azərbaycan teatrı - 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumunda deyib.

 

O bildirib ki, bu səbəbdən yaradıcı sahəyə laqeyd yanaşırlar: “Mədəniyyət və İncəsənət Universiteti və digər mədəniyyət müəssisələri nazirliyin balansına verilsə, yaxşı olar”.

 

İ.Rəhimli teatrlara yardım edən sponsorların vergidən azad edilməsini təklif edib: “Rəhbərlik bu barədə Nazirlər Kabinetinə təkliflər versin”.