Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-12 14:19:26
UNEC-ə aid elmi əsərlərin xarici müəlliflik göstəriciləri

Mart ayı üzrə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) əməkdaşlarının 29 elmi əsəri nüfuzlu elmi nəşr platformalarında indesklənib.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, elmi əsərlərin 17-si xarici ali təhsil müəssisələrinin 44 tədqiqatçısının həmmüəllifliyi ilə yazılıb. Müəlliflərdən 20 nəfəri Türkiyə, 6-sı İran, 5-i Çin, 4-ü Almaniya, 4-ü İtaliya, 2-si Cənubi Afrika, 2-si Ukrayna, 1-i Finlandiya, 1-i Kolumbiya, 1-i Böyük Britaniya, 1-i Çilinin ali təhsil müəssisəsinin təmsilçisidir.