Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-13 22:33:46
Azərbaycanda 88 nəfər yoluxdu, 3 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 88 yeni yoluxma faktı qeydə alınıb, 76 nəfər müalicə olunaraq sağalıb.

 

AzEdu.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

 

İndiyədək ümumilikdə 830 619 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 819 927 nəfər müalicə olunaraq sağalıb, 10 202 nəfər vəfat edib, aktiv xəstə sayı 490 nəfərdir.

 

Son sutka ərzində 1 298, hazırkı dövrədək isə 7 573 test aparılıb.