
2023-04-20 22:23:48
Azyaşlının söyüşlü videolarını yayan şəxs HƏBS OLUNDU
Ağcabədi rayonunda azyaşlı uşağı nalayiq söyüşlər söyməyə təhrik edərək həmin görüntülərin sosial şəbəkə hesabında paylaşılması ilə bağlı daxil olan məlumatlar rayon polis şöbəsində araşdırılıb.
AzEdu.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib.
Araşdırmalarla görüntüləri sosial şəbəkə hesabında paylaşan şəxsin rayonun Hüsülü kənd sakini Samir Ələsgərov olduğu müəyyən edilib. O, şöbəyə dəvət olunub, barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib.
S.Ələsgərov məhkəmənin qərarına əsasən, 10 gün müddətinə inzibati qaydada həbs edilib.
Bu bölməyə aid digər xəbərlər
Söylədiklərin qədər deyil, etdiklərin qədərsən -"İlin gənc müəllimi" Leyla Camal yazır
2023-09-05 14:40:31
Bernhard H. Mayer saatlarındakı mexanizmlər haqqında...
2023-08-18 16:39:51
MİQ-də vakansiya seçimi bu gün başa çatır
2023-07-31 08:30:00
Diplomat olmaq istəyənlər imtahan verəcək
2023-07-27 09:50:04
Direktor və müavin olmaq istəyən 420 nəfər İMTAHAN VERDİ
2023-07-26 16:30:44
Sabahın hava PROQNOZU
2023-07-26 13:50:11
FHN yanğın təhlükəsizliyi qaydaları ilə bağlı müraciət yaydı
2023-07-25 14:53:20
Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI
2023-07-25 08:28:26
Dənizdə batan 3-cü yeniyetmənin də meyiti tapıldı - YENİLƏNİB-2
2023-07-24 20:00:00
Temperatur 5-8 dərəcə enəcək
2023-07-24 12:23:54