Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-24 16:08:09
İranın təhsil işçiləri: “Məktəblərə kimyəvi hücumlara küçələrdə cavab verəcəyik” - FOTO

“Məktəblərə kimyəvi hücumlar davam edərsə, qarşıdakı həftələrdə bu çürük beyinlərin stereotiplərinə və yanlış addımlarına bütün ölkə üzrə müəllimlərlə birlikdə küçələrdə cavab veriləcək”.

 

Bununla bağlı, İran Təhsil İşçiləri Həmkarlar İttifaqları Təşkilatlarının Koordinasiya Şurasının bəyanatında bildirilir.

 

AzEdu.az xəbər verir ki, bu barədə “Azad İran” Telegram kanalı məlumat yayıb.


Şura müəllim və şagirdlərlə bağlı valideynlərin təşəbbüsü ilə ən qısa zamanda müstəqil məktəb mühafizə komitələrinin yaradılmasına çağırış edib.

 

Həmçinin təklif edilib ki, kimyəvi hücumlar davam edərsə, bu komitələrin dəstəyi ilə dərslər küçədə keçirilsin.