Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-24 20:40:00
Azərbaycanda yoluxma minimuma düşdü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 8 nəfər müalicə olunaraq sağalıb.

 

AzEdu.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən yoxdur.

 

Azərbaycanda indiyədək ümumilikdə 831 110 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 820 631 nəfər müalicə olunaraq sağalıb, 10 226 nəfər vəfat edib, aktiv xəstə sayı 253 nəfərdir.

 

Ölkədə son sutka ərzində 637, hazırkı dövrədək isə 7 583 322 test aparılıb.

 

Qeyd edək ki, son sutkada heç kimə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulmayıb.