Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-26 10:40:00
Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası keçiriləcək

Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası təbiət elmləri (fizika, kimya, biologiya) üzrə yaşı 16-dan çox olmayan şagirdlər arasında həm fərdi, həm də komanda formatında təşkil olunub keçirilən elm yarışıdır.  AzEdu.az xəbər verir ki, artıq bir neçə ildir ki, məktəblilər bu yarışda ölkəmizi uğurla təmsi edirlər.

Olimpiadanın şərtlərinə əsasən, iki seçmə imtahan əsasında müəyyən olunacaq komanda üzvləri iki aylıq müntəzəm dərslərə, laboratoriya hazırlığına və xüsusi məşğələlərə cəlb olunaraq hazırlıq prosesində iştirak edirlər. IJSO-2018 seçmə imtahanlarının birinci mərhələsi 30.09.2018-ci il tarixdə saat 10:00-da Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseydə yerləşən Beynəlxalq Olimpiadalara hazırlıq mərkəzində keçiriləcək. Seçmə imtahanında iştirak etmək istəyən şagirdlərin qeydiyyatı artıq yekunlaşıb. 

Qeyd edək ki, imtahan prosesində şagirdlərin kalkulyatordan istifadə etməsinə icazə veriləcək.