_875.jpg)
“Erasmus+KA1” mübadilə proqramı çərçivəsində Türkiyənin Akdeniz Universitetinin nümayəndəsi Gürcü Leyla Kaya Bakı Mühəndislik Universitetində (BMU) səfərdədir.
BMU-dan AzEdu.az-a bildirilib ki, universitetin Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin təşkilatçılığı ilə baş tutan səfərdə qonaqla bır sıra görüşlər keçirilib.
BMU-nun rektoru, professor Havar Məmmədovla keçirilən görüşdə universitetlər arasında əməkdaşlıq və əlaqələrin qurulmasının mümkün yolları müzakirə edilib.
Sonra BMU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğun əməkdaşları, Logistika və nəqliyyat texnologiyaları kafedrası ilə görüşlər təşkil olunub. Görüşlərdə BMU-da yaradılan təhsil mühiti və təhsil proqramları haqqında ətraflı məlumat verilib.
Bir həftəlik təlim xarakterli səfər çərçivəsində Gürcü Leyla Kaya BMU-nun tədris binaları, Texnoparkı ilə də yaxından tanış olub.