
25 sentyabr saat 08:00 radələrində 211 nömrəli tam orta məktəb ərazisində şagirdlərə qarşı əxlaqsız hərəkətlər edən şəxs aşkarlanıb.
AzEdu.az xəbər verir ki, bu barədə “Məktəblinin dostu” layihəsinin fəaliyyət göstərdiyi məktəbin şagirdləri məktəblinin dostlarına xəbər veriblər.
Həmin şəxsin video görüntüləri məktəbin təhlükəsizlik kameralarında da qeydə alınıb. Daha sonra eyni şəxs saat 9:30 radələrində 9 nömrəli tam orta məktəbin həyətində görünüb.
“Məktəblinin dostu” layihəsinin əməkdaşları dərhal ərazidə olan şəxs barəsində polisə məlumat veriblər. Əraziyə gələn polis əməkdaşları sözügedən şəxsi saxlayaraq, polis bölməsinə aparıblar. Eyni zamanda, məktəblinin dostları foto və video görüntüləri polis əməkdaşlarına təqdim ediblər.
Qeyd olunan ərazidə narahatlıq yaradan şəxsin müəyyən edilməsinə görə valideynlər və şagirdlər məktəblinin dostlarına təşəkkürlərini bildiriblər.