Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-07 11:42:36
Cüdoçularımız ilk gündən iki medal qazanıblar

Cüdoçularımız Paris Avropa Kuboku turnirinin ilk günündə 2 medal əldə ediblər.

 

AzEdu.az xəbər verir ki, Azərbaycan cüdoçuları Fransanın paytaxtı Paris şəhərində keçirilən gənclər arasında Avropa Kuboku turnirinin ilk günündə 1 qızıl və 1 bürünc medal qazanıblar.

 

Yarışın ilk günündə oğlanların yarışında -60 kq., -66 kq., və -73 kq. çəki dərəcələrində 9 cüdoçu medallar uğrunda mübarizə aparıb. -60 kq. çəkidə Nizami İmranov qızıl medal, -66 kq. çəkidə Aydın Rzayev bürünc medal əldə edib.