Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-08 10:33:07
994 imkansız tələbənin təhsil haqqını dövlət ödəyib

Keçən il ali məktəblərin ödənişli əsaslarla tələbəsi adını qazanmış və valideyn himayəsindən məhrum olan 994 tələbənin təhsil haqqı dövlət vəsaiti hesabına ödənilib.

AzEdu.az xəbər verir ki, bu barədə məlumat Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nda yer alıb.

Qeyd edilib ki, onların hər birinə müvafiq sənədlərin toplanmasında lazımi köməkliklər göstərilib.