Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-08 10:59:02
Gəncəli şagird Mendeleyev Olimpiadasında xüsusi mükafat QAZANDI

Azərbaycanlı şagird Beynəlxalq Mendeleyev Olimpiadası çərçivəsində gözlənilməz mükafat qazanıb.


AzEdu.az xəbər verir ki, Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Həmid Xəlilov #MMO57 simvolikası içərisində gizlənən kimyəvi xətanı ilk olaraq aşkarlamaqla beynəlxalq olimpiada çərçivəsində bu maraqlı müsabiqənin qalibi olub.


Həmyerlimiz Moskva Dövlət Universitetinin Kimya fakültəsi tərəfindən dünyanın məşhur kimyaçılarına verilən xüsusi mükafat – kimya qalstuku ilə təltif edilib.