
2023-05-08 12:51:20
Şagirdlərimiz beynəlxalq Olimpiadada uğur qazanıb
Qazaxıstanın Astana şəhərində 57-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadası (IMChO) keçirilib.
Nazirlikdən AzEdu.az-a bildirilib ki, nəzəri və praktiki hissədən ibarət olan olimpiadada 20-dən çox ölkə iştirak edib.
Bilik yarışmasında milli komandamız uğurla iştirak edərək ölkəmizə daha bir medal qazandırıb. Belə ki, Türkiyə Dəyanət vəqfi Bakı türk liseyinin XI sinif şagirdi Dəniz Səttarlı bürünc medala layiq görülüb. Bundan əlavə, Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Həmid Xəlilova olimpiada təşkilatçıları tərəfindən xüsusi hədiyyə təqdim edilib.
Məktəblilərimizi təbrik edir və daha böyük uğurlar arzulayırıq!
Bu bölməyə aid digər xəbərlər
Məzunlar qızıl və gümüş nişanla təltif OLUNURLAR
2024-07-25 09:14:39
Bu qədər müəllimin maaşı min manatdan yuxarı OLACAQ
2024-06-27 15:24:00
“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıblar
2024-05-15 16:39:56
Naxçıvanda müəllimlər ilk dəfə iş yerini dəyişdirə biləcəklər
2024-04-23 09:24:52
Şəhid övladlarının Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil edilib - FOTO
2024-04-20 16:00:13
"IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır
2024-04-20 15:10:00
Elm və təhsil nazirinin müşaviri: "Məktəblinin dostu" layihəsi özünü doğruldur
2024-04-18 15:23:58
Nazir şagirdlərə riyaziyyat dərsi keçdi
2024-04-10 13:10:00
“Qərbi Azərbaycana qayıdış” olimpiadası başlayır
2024-04-06 12:42:43
Azərbaycan təhsil sisteminin rəqəmsallaşma imkanları müzakirə olunub
2024-04-06 10:55:45