Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-27 00:30:00
ABŞ-da ilk rəsmi türk məktəbi açılıb

ABŞ-da olan ticarət naziri Ruhsar Pekcan Nyu-Cersidə dövlət dəstəyi ilə yaradılan təhsil məktəbinin açılışında iştirak edib. AzEdu.az xəbər verir ki, mərasimdə  Milli Təhsil Nazirliyi İdarə heyəti rəhbəri Yavuz Orta çıxış edərək,  ABŞ-da bu məktəbin Türkiyənin dəstəyi ilə yaradılan ilk türk məktəbi olduğunu söyləyib. Yavuz Orta məktəbdə həm türk uşaqlarına, həm də ABŞ-da yaşayan digər şagirdlərə təhsil veriləcəyini söylədi.

Ticarət naziri Ruhsar Pekcan etdiyi çıxışda bu məktəbin çox əhəmiyyətli olduğunu qeyd edərək vətəndaşlara övladlarını FETÖ terror təşkilatının məktəblərinə deyil, qeydiyyatı bu məktəbə etmələrini xahiş edib.