
2023-05-11 15:35:29
Filippində 200-dən çox məktəbli zəhərlənib
Maquindanao əyalətindəki Mirab ibtidai məktəbində 200-dən çox şagird kimyəvi maddədən zəhərlənib.
AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, zərərəçəkənlər 9-12 yaşlı şagirdlər olublar. Onlar şiddətli başgicəllənmə, baş və qarın ağrılarından əziyyət çəkiblər.
Şagirdlərdən azı 81-i xəstəxanaya yerləşdirilib. Daha 130 məktəbli eyni simptomları göstərdiyi üçün müşahidə altına alınıb.
İlkin araşdırmaya görə, zəhərlənməyə səbəb məktəbin yaxınlığındakı əkin sahəsinə məhsul zərərvericiləri ilə mübarizə üçün nəzərdə tutulmuş insektisidlərin səpilməsi ola bilər. Qaydaya əsasən, bu maddələr təhsil müəssisəsindən ən azı 500 metr uzaqlıqda səpilməli idi.
Məktəbdə həftənin qalan hissəsi üçün dərslər dayandırılıb.
Bu bölməyə aid digər xəbərlər
İsrail Qəzzada məktəbi bombaladı - 18 nəfər öldü
2024-09-12 10:01:00
Slovakiyada məktəblərin təhlükəsizliyi gücləndiriləcək
2024-09-12 09:21:00
Azərbaycanda 6 aylıq uşaq faciəli şəkildə öldü
2024-09-09 15:45:37
Azərbaycanda DƏHŞƏT: İki yaşlı uşaq masaj edilərkən öldü - YENİLƏNİB
2024-09-09 13:38:00
Yol qəzasında azı 11 məktəbli öldü - YENİLƏNİB
2024-09-03 09:11:00
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş
2024-05-28 22:20:00
ABŞ-da məktəbdə atışma olub, 2 nəfər yaralanıb
2024-05-24 13:45:40
Daha bir təhsil müəssisəsinə cinayət işi açılıb
2024-05-22 15:19:40
Görüntüləri yayılan məktəb direktoru işdən QOVULDU
2024-05-21 15:13:07
Azərbaycanda ən yaxşı kənd məktəbləri - SİYAHI
2024-05-16 14:40:16