
2023-05-13 22:30:00
“Qarabağ” klubu Azərbaycan çempionu oldu
"Qarabağ" klubu Azərbaycan Premyer Liqasında 2022-2023-cü il mövsümünün qalibi olub.
AzEdu.az xəbər verir ki, Ağdam təmsilçisi XXXIV turda “Səbail”ə səfərdə 3:0 hesabı ilə qalib gələrək, qızıl medalları rəsmiləşdirib. "Qarabağ"ın heyətində Ramil Şeydayev dubl edib, digər qolu Bəhlul Mustafazadə vurub.
Xallarının sayını 87-yə yüksəldən “Qarabağ” sona iki tur qalmış ən yaxın izləyicisi “Sabah” (77 xal) üçün əlçatmaz olub.
Beləliklə, “Qarabağ" tarixində 10-cu dəfə Azərbaycan çempionu olub və yeni rekorda imza atıb. Buna qədər rekord 9 çempionluqla “Neftçi”yə məxsus olub.
“Sabah” cari mövsümü gümüş, “Neftçi” isə bürünc mükafatçı kimi başa vurmağı təmin edib.
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Qarabağ | 34 | 27 | 6 | 1 | 87-22 | 87 |
2 | Sabah | 33 | 24 | 5 | 4 | 71-23 | 77 |
3 | Neftçi | 33 | 18 | 7 | 8 | 58-36 | 61 |
4 | Qəbələ | 33 | 13 | 9 | 11 | 45-44 | 48 |
5 | Zirə | 34 | 12 | 10 | 12 | 42-46 | 46 |
6 | Turan Tovuz | 33 | 9 | 8 | 16 | 31-43 | 35 |
7 | Kəpəz | 34 | 6 | 12 | 16 | 32-58 | 30 |
8 | Sumqayıt | 33 | 7 | 7 | 19 | 24-62 | 28 |
9 | Səbail | 34 | 6 | 7 | 21 | 29-60 | 25 |
10 | Şamaxı | 33 | 4 | 11 | 18 | 25-50 | 23 |
Bu bölməyə aid digər xəbərlər
Söylədiklərin qədər deyil, etdiklərin qədərsən -"İlin gənc müəllimi" Leyla Camal yazır
2023-09-05 14:40:31
Bernhard H. Mayer saatlarındakı mexanizmlər haqqında...
2023-08-18 16:39:51
MİQ-də vakansiya seçimi bu gün başa çatır
2023-07-31 08:30:00
Diplomat olmaq istəyənlər imtahan verəcək
2023-07-27 09:50:04
Direktor və müavin olmaq istəyən 420 nəfər İMTAHAN VERDİ
2023-07-26 16:30:44
Sabahın hava PROQNOZU
2023-07-26 13:50:11
FHN yanğın təhlükəsizliyi qaydaları ilə bağlı müraciət yaydı
2023-07-25 14:53:20
Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI
2023-07-25 08:28:26
Dənizdə batan 3-cü yeniyetmənin də meyiti tapıldı - YENİLƏNİB-2
2023-07-24 20:00:00
Temperatur 5-8 dərəcə enəcək
2023-07-24 12:23:54