Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-16 10:22:18
Fənn olimpiadalarına gedən şagirdlər - buraxılış vərəqələrini çap edə bilərlər

Lütfi Zadə adına məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin yarımfinal turunun buraxılış vərəqələrinin çap edilməsi prosesinə başlanılır.

AzEdu.az xəbər verir ki, 15 maydan etibarən şagirdlər https://portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsindən buraxılış vərəqələrini çap edə bilərlər.

Qeyd edək ki, 20 may 2023-cü il tarixində ümumtəhsil müəssisələrinin V sinif şagirdləri arasında Lütfi Zadə adına məntiq olimpiadası, VI,VII sinif şagirdləri arasında isə Məktəblilərarası fənn müsabiqələrinin yarımfinal turu keçiriləcək.