
Azərbaycan Cümhuriyyətinin əsas qurucu liderlərindən olmuş Fətəli Xan Xoyskinin qardaşı oğlunun nəvəsi, tarix elmləri doktoru, professor Azad Cəfər oğlu Xan Xoyski vəfat edib.
AzEdu.az xəbər verir ki, bu barədə məlumatı “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı ictimailəşdirib.
O bildirib ki, Azad Cəfər oğlu Xan Xoyski 75 yaşında Gəncədə - Əziz Əliyev küçəsi bina 5-də olan mənzilində vəfat edib.
Allah rəhmət eləsin.
Azərbaycanın görkəmli dövlət və siyasi xadimlərindən, müstəqil Azərbaycan dövlətinin yaradıcılarından biri və onun ilk Baş naziri Fətəli xan Xoyski 1875-1920-ci illərdə yaşayıb.
Azərbaycan Cümhuriyyəti zamanında ana dilli məktəb və seminariyaların açılması Fətəli xan Xoyskinin rəhbərlik etdiyi hökumət kabinələri dövründə həyata keçirilib.
Fətəli xan Xoyski 1920-ci ilin iyunun 19-da Tiflisdə muzdlu qatil tərəfindən arxadan güllə ilə vurulub və elə bu şəhərdə M.F.Axundovun yanında dəfn edilib.