Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-28 11:45:00
Azərbaycan Universitetinin məzunları “Oxbridge Academy”də işə başlayıblar  

Azərbaycan Universitetinin məzunları dünyanın nüfuzlu tədris və təlim şirkəti “Pearson”ın ölkəmizdəki nümayəndəsi, eyni zamanda, bu ali məktəbin yerli tərəfdaşlarından olan “Oxbridge Academy” ümumtəhsil müəssisəsində işə qəbul ediliblər.

Universitetdən  AzEdu.az-a bildirilib ki, biznes və iqtisadiyyat fakültəsinin məzunları Turan Nurməmmədova (dünya iqtisadiyyatı) və Elvira Seyidova (menecment), humanitar fənlər fakültəsinin məzunu Fidan Əliyeva (tərcümə - ingilis dili) işə qəbul prosesinin bütün mərhələlərini uğurla adlayaraq bu təhsil müəssisəsində müəllim köməkçisi kimi işə başlayıblar.

Onların iş həyatındakı ilk uğurlu addımlarının arxasında Azərbaycan Universitetinin karyera mərkəzinin böyük dəstəyi var. Məzunları daim diqqət mərkəzində saxlayan mərkəz ali təhsil müəssisəsinin karyera planlama strategiyasına uyğun olaraq onları bilik və bacarıqlarına uyğun vakansiyalara yönəltməklə iş həyatına çıxışlarını dəstəkləyir.