
2023-05-18 16:41:50
Şagirdlər üçün peşə seçimi mövzusunda təlim keçirilib
2023-cü il mayın 17-də ümumtəhsil məktəblərində peşəyönümü xidmətinin təşkili fəaliyyətləri çərçivəsində Təhsil İnstitutunun Peşə və ömürboyu təhsil şöbəsinin əməkdaşı Səlimə Quliyeva İ.Tağıyev adına 26 saylı tam orta məktəbdə yuxarı sinif şagirləri üçün “Peşə seçiminin əhəmiyyəti və ona təsir edən amillər” mövzusunda təlim keçirib.
AzEdu.az xəbər verir ki, interaktiv təlim üsulları tətbiq edilməklə keçirilən təlimdə S.Quliyeva şagirdlərə peşə təhsilinin insan həyatındakı rolu, peşə seçiminə təsir edən amillər və düzgün seçim etmək üçün diqqət edilməli olan əsas məqamlar barəsində məlumat verib. Təlim zamanı peşə maraqlarını müəyyənləşdirmək məqsədilə testləşmə aparılıb, hər bir şagirdə təlim kitabçası və test sualları təqdim edilib.
Bu bölməyə aid digər xəbərlər
Valideyn komitələrinin işi pul yığmaqdır?
2023-10-05 13:51:00
Sertifikasiya: qaydalarda təkmilləşmə və yeniləşmə... - Zərurət!
2023-09-04 10:36:52
X siniflər üçün şagird yerdəyişməsi başlayır
2023-08-14 12:18:00
Bu məktəblərdə forma dəyişməyəcək
2023-08-09 17:57:49
Bakıda məktəbli formalarını 18 məntəqədən ala bilərsiniz - SİYAHI
2023-08-09 13:10:00
Bakıda 46 məktəbdə monitorinq aparılıb
2023-06-16 13:29:08
Bəşarət Məmmədov valideynlərə “Son zəng”lə bağlı müraciət etdi
2023-06-14 10:50:00
Nazir Naxçıvanda məzun günündə iştirak edəcək
2023-06-14 10:13:59
1-cilər üçün məktəb seçimi başlayır
2023-06-13 11:22:23
IV sinif şagirdləri monitorinqə cəlb olunub
2023-06-12 10:59:26