
AzEdu.az təhsil portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.
Bu gün AzEdu.az və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə AzTU-da təhsil alan “Brend tələbə”lər mükafatlandırılıb. Tədbirdə AzEdu.az təhsil portalının rəhbəri Elşad Eyvazlı, icraçı direktoru Tünzalə Abbasova, universitetin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sevinc İsgəndərova, Xüsusi texnika və texnologiya fakültəsinin dekanı Elçin Rzayev, Metallurgiya və materialşünaslıq fakültəsinin dekanı Nizami Poladov, Nəqliyyat və logistika fakültəsinin dekan müavini Qəzənfər Axundov və “Brend tələbə” statusuna layiq görülmüş tələbələr iştirak edib.
Tədbir Sevinc İsgəndərovanın açılış nitqi ilə başlayıb. Daha sonra çıxış edən Elşad Eyvazlı tələbələri təbrik edib və onlara təhsil həyatlarında nailiyyətlər arzulayıb.
Görüş zamanı tələbələrlə uğurun sirləri müzakirə edilib. "Brend tələbə"lər öz təəssüratları bölüşüb.
Daha sonra onlara təltifnamələri təqdim olunub və xatirə şəkli çəkilib.
Azərbaycan Texniki Universitetində "Brend tələbə" statusuna layiq görülmüş gənclər aşağıdakılardır:
Məmmədov Ayxan İlkin oğlu - Nəqliyyat və logistika fakültəsi
Babazadə Emil Aydın oğlu - Nəqliyyat və logistika fakültəsi
Rəşidli Atabəy Nahid oğlu - Nəqliyyat və logistika fakültəsi
Nəcəfov Elnur Həsən oğlu - Nəqliyyat və logistika fakültəsi
Mənəfov Şamil Mənəf oğlu - Nəqliyyat və logistika fakültəsi
Əsgərli Ayan Bayram qızı - İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsi
Zeynallı Maral Famiq qızı - İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsi
Əsgərli Flora İsmayıl qızı - Metallurgiya və materialşunaslıq fakültəsi
Veysəlov Sənan Tərlan oğlu - Xüsusi texnika və texnologiya fakültəsi
Məhəmmədli Eyvaz Mübariz oğlu - Maşınqayırma və robototexnika fakültəsi
Qeyd edək ki, “Brend tələbələr” ekspert komissiyasının hazırladığı meyarlar əsasında birbaşa universitetlər tərəfindən seçilib.
Azərbaycanın 22 universiteti “Brend tələbə” ilə bağlı tələbə seçimini həyata keçirib.