Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-29 00:39:00
Tələbələr universitet binasını işğal ediblər

Hollandiyada tələbələr müxtəliflik, iş şəraiti və təhsil səviyyəsinə çox diqqət yetirilməməsi səbəbi ilə etiraz ediblər. Amsterdamda üzləri maskalı bir qrup tələbə, hökumətə və Amsterdam Universitetinə  etiraz məqsədi ilə universitetə aid bir binanı işğal edib.

AzEdu.az xəbər verir ki, etiraza qatılan  tələbələr  "Milli Fəaliyyət Həftəsi" səbəbindən universitetlərin büdcəsində edilən kəsintilər və iş şərtlərinə etiraz edib.

Universitet qarşısında toplanan tələbələr  binanın girişlərini bağlayaraq, "Təhsil üçün yürüş" və "Bunu edə bilməzsiniz"  plakatları  açaraq, "Həmrəylik zamanı" və "Mübarizə et, təhsil bir haqqdır" şüarlarını səsləndiriblər.

 

Tələbələrin etiraza son verməsini istəyən Amsterdam Bələdiyyə Başçısı Femke Halsemanın səyləri nəticə verməyib.  Tələbələrin müqavimət göstərməsinə baxmayaraq, bina axşama doğru polis tərəfindən boşaldılıb.