
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Quba rayonunda vətəndaşları qəbul edəcək. Quba rayonunda keçiriləcək qəbulda Quba, Qusar, Xaçmaz, Şabran və digər rayonların sakinləri iştirak edə bilərlər.
DİM-dən AzEdu.az-a verilən məlumata görə, qəbul 5 oktyabr 2018-ci il tarixində, saat 11:00-da Quba rayon Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.dim.gov.az/sedrinqebulu/) və ya DİM-in Xaçmaz Regional Bölməsinə (Ünvan: Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küç. 7b) müraciət etmələri (əlaqə tel: (023) 325-01-21) xahiş olunur.
Bundan əlavə, qəbula yazılmaq istəyənlər üçün yuxarıda göstərilən rayonların Təhsil şöbələrində 01-04 oktyabr 2018-ci il tarixlərində saat 10:00-dan 17:00-dək qeydiyyat aparılacaq.
Qeyd edək ki, qəbula gələn vətəndaşların şəxsiyyət vəsiqəsini təqdim etmələri mütləqdir.