Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-30 12:45:30
13 yaşlı qızla bağlı xəbər yayan TV-lər qanunu pozublar - RƏSMİ

Tovuz rayonunda 13 yaşlı qızın itkin düşməsi ilə bağlı hadisəsinin işıqlandırılması zamanı pozuntulara yol verən telekanallara bildirişlər göndərilib.

AzEdu.az xəbər verir ki, bunu Audiovizual Şura aparatının rəhbəri Fazil Novruzov “Audiovizual mediada uşaq hüquqlarının qorunması” mövzusunda dəyirmi masada deyib.

 

 
O bildirib ki, monitorinqlər davam edir.

Qeyd edək ki, mayın 20-də 13 yaşlı Ə.Tağıyeva yaşadığı Tovuz rayonunda itkin düşüb. Sonradan onun ailə qurmaq məqsədilə öz istəyi ilə Xaçmaz rayonuna getdiyi məlum olub.

Polis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində rayon sakini Ə.Tağıyeva Xaçmaz rayonunda tapılıb.

Onu qaçırmaqda şübhəli bilinən Səfər Kavazov saxlanılıb və barəsində cinayət işi açılıb. Eyni zamanda S.Kavazovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Əksər media subuektləri 13 yaşlı Ə.Tağıyeva ilə bağlı xəbər yayarkən onun fotosunu da açıq şəkildə tirajlayıblar.