
Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində keçirilən tədbirlər barəsində mobil tətbiq vasitəsilə məlumatlar əldə etmək olar.
Azedu.az-ın Trendə istinadən verdiyi məlumata görə, İçərişəhər Tarix-Memarlıq Qoruğu ərazisində «Şövq məqamları” adlı layihə həyata keçirilir.
İşərişəhərin 30-dan artıq məntəqəsində Nəsimi poeziyası ilə bağlı guşələr yaradılıb. Festival günlərində qədim şəhərin müxtəlif məkanlarında Nəsimi poeziyası nümunələri ilə fərqli formalarda qarşılaşmaq olar. Bu məqsədlə müasir texnologiyanın da imkanlarından istifadə edilir. İçərişəhərdə müxtəlif rəssamların əsərləri, instalyasiyalar, videoproyeksiyalar nümayiş olunur, poeziya nümunələri və musiqi səslənir, teatr tamaşaları təqdim edilir.
https://play.google.com/store/apps/details?id=az.mhm.nasimifestival
https://itunes.apple.com/us/app/nasimi-festival/id1435572486?mt=8