
2018-09-29 15:15:00
İnsanın ömrünün sonunadək mütləq yadda saxlamalı olduğu qaydalar - 10 Eynşteyn prinsipi
İnsanın ömrünün sonunadək mütləq yadda saxlamalı olduğu qaydalar təbii ki, nisbi xarakter daşıyır. Lakin onların məşhur alman fiziki Albert Eynşteyn tərəfindən tərtib edildiyini nəzərə alsaq, vacibliyinə heç şübhəmiz qalmaz:
AzEdu.az həmin 10 prinsipi təqdim edir:
- Təhsil – orta məktəbdən sonra yadınızda qalandır. Qalan biliyi özünüz əldə etməlisiniz;
- Yenilik etməyən insan heç zaman səhv etmir. Səhv etməkdən qorxmaq lazım deyil. Məğlub olmaqla qələbə çalmağın yolunu öyrənirsiniz;
- İnsan öz təsəvvüründə rəssamdır. Mağara adamı təsəvvürü vasitəsi ilə böyük irəliləyiş edib. Gələcəkdəki nailiyyətlərimiz bugünkü fantaziyalarımızdan asılıdır;
- Yaradıcılığın sirri ilhamımızın mənbəyini gizlətməyimizdədir. Sizin ideyalarınız unikal olmalıdır;
- Uğurlu yox, qiymətli insan olmağa çalışın. Dünyada dəyərlərin çox olmağına çalışmaqla, özünüz də həyatın daha yüksək mərhələsinə qalxacaqsınız;
- Yaşamağın iki yolu var: guya dünyada möcüzə yoxdur; guya dünyada hər şey möcüzədir. Birinci yolla yaşasanız, siz istədiyinizi edə biləcəksiniz və probleminiz olmayacaq. İkinci yolla yaşasınız, siz dünyada hər şeydən zövq alacaqsınız. Əgər hər iki yolu qəbul etsəniz, həyatınız səmərəli olacaq.
- Təfəkkür və fantaziya mənim üçün çox vacibdir. Təfəkkürünüzə sərbəst düşünməyə şərait yaradın;
- Nəticədən qorxmadan fəaliyyət göstərin. Udmaq üçün oynamaq lazımdır;
- Əvvəlcə oyun qaydalarını öyrənin, sonra yaxşı oynamağı;
- Dayanmadan sual verin. Həlli tapana qədər özünüzə və kənar insanlara sual verin. Bu sizə yeniliyi öyrənməyə və analiz etməyə imkan verər.
Bu bölməyə aid digər xəbərlər
“İnsan kapitalı və təhsil” İşçi Qrupunun iclası olub
2024-09-12 10:41:16
Sentyabr döyüşlərinin 2 ili tamam oldu
2024-09-12 08:59:29
“Tarixdə bu gün” - 12 sentyabrda yadda qalan günlər...
2024-09-12 08:56:00
Sentyabrın 18-də ilin ikinci Ay tutulması baş verəcək
2024-09-12 08:45:58
STEAM tədris edən müəllimlər üçün müsahibələr keçirilir
2024-09-11 17:57:00
Ortaq Türk Əlifbası ilə bağlı rəsmi AÇIQLAMA
2024-09-11 15:01:00
DİM bu şəxslər üçün qeydiyyat elan edib
2024-09-11 12:18:30
Dövlət keyfiyyətli kadr hazırlığı üçün daha çox vəsait xərcləyəcək - Yeni qərarın izahı
2024-09-11 11:15:57
İki gündə geomaqnit qasırğası olacaq
2024-09-11 10:58:30
Türkiyədə doktorantura səviyyəsində təqaüdlə təhsil alacaq tələbələrin siyahısı
2024-09-10 17:43:40