Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-31 18:30:00
İlham Əliyev Moldovaya gedib 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Avropa siyasi birliyi” 2-ci Zirvə Toplantısında iştirak etmək üçün mayın 31-də Moldova Respublikasına səfərə gedib.

 

AzEdu.az xəbər verir ki, Kişineu şəhərinin beynəlxalq aeroportunda dövlətimizin başçısını rəsmi şəxslər qarşılayıblar.

 

Qeyd edək ki, Azərbaycan Prezidentinin bu tədbir çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcəyi gözlənilir.