
Təhsil Nazirliyi tərəfindən qiymətləndirmələrlə bağlı yeni hazırlanmış layihəyə əsasən, lisey, gimnaziya və tam orta təhsil səviyyəsi üzrə təmayülləşən siniflərdə məktəbin Pedaqoji Şurasının qərarı ilə Böyük Summativ Qiymətləndirmələr (BSQ) tətbiq edilən fənlərin sayı artırıla bilər.
AzEdu.az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin sektor müdiri Vidadi Bağırov bildirib.
Onun sözlərinə görə, əvvəlki qaydalarda bütün ümumtəhsil müəssisələri üzrə tələblər eyni idi.
V.Bağırov qeyd edib ki, Pedaqoji Şura ehtiyac duyulan daha bir necə fənn üzrə BSQ-nin keçirilməsi barədə qərar verə bilər:
V.Bağırov əlavə edib ki, yeni qaydalar layihəsində 1-ci siniflər üçün ümumiyyətlə summativ qiymətləndirmələrin keçirilməsi nəzərdə tutulmayıb. 2-3-cü siniflərdə yalnız Kiçik Summativ Qiymətləndirmələr (KSQ) keçiriləcək, BSQ-lər olmayacaq:
"Yeni yanaşmalarda hər təhsil səviyyəsinin sonunda bütün fənlərdən BSQ-lərin keçirilməsi nəzərdə tutulur. İbtidai təhsilin sonunda, yəni IV sinifdə, daha sonra IX sinifdə və XI sinifdə bütün fənlərdən BSQ-lər keçiriləcək. Qalan siniflərdə - 5, 6, 7, 8 və 10-cu siniflərdə isə buraxılış imtahanı fənləri üzrə BSQ-lər olacaq".