
2018-09-30 13:36:00
Eskpert: "Məktəblilərin ayrı-ayrı geyimdə olması düzgün deyil"
Bakı şəhər İcra Hakimiyyətinin birinci müavini, başçı vəzifəsini icra edən Eldar Əzizov qurumun tabeliyində olan məktəbəqədər təhsil alan uşaqların payız və qış geyimləri ilə pulsuz təmin olunmasıyla bağlı əmr imzalayıb. Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi artıq E.Əzizovun müvafiq əmri əsasında bağçalarda uşaqların payız geyimləri ilə təminatına başlayıb. Artıq əksər şəhər bağçalarına geyimlər paylanılıb.
AzEdu.az xəbər verir ki, təhsil üzrə ekspert Nadir İsrafilov Moderator.az -a açıqlamasında təhsillə bağlı atılan hər bir müsbət addımı alqışla qarşıladığını bildirərək, məktəblərdə vahid məktəbli geyiminin olmasının vacibliyini vurğuladı:
“Bu kimi addımlar ancaq müsbət qiymətləndirilə bilər. Təhsil bizim gələcəyimizdir. Bizim nə qədər şagirdlərimiz var ki, ailələrində maddi imkanları çox aşağıdır. Onlara məktəb ləvazimatları, məktəbli forması almağa imkanları yoxdur. Ölkə başçısının sərəncamı ilə yaradılan İlahiyyat Universitetində təhsil haqqı və tələbələrin təminatı ödənişsizdir. Tələbələrin vahid formayla təmin olunması müzakirə olunur. Məktəblilərin hər birinin ayrı-ayrı geyimdə olması düzgün deyil və buna görə də vahid məktəbli geyimlərinin olması daha məqsəduyğundur. Bizim siyasətimiz sosial yönümlü siyasətdir və bu mənada məktəblilərin pulsuz geyimlə təmin olunmasını müsbət bir addım kimi qiymətləndirirəm. Təhsilə qoyulan xərc heç vaxt itmir. Belə addımların atılması uşaq bağçalarında olan narazılıqlarla bağlı ictimai rəyə də öz müsabət təsirini göstərə bilər”
Bu bölməyə aid digər xəbərlər
İsrail Qəzzada məktəbi bombaladı - 18 nəfər öldü
2024-09-12 10:01:00
Slovakiyada məktəblərin təhlükəsizliyi gücləndiriləcək
2024-09-12 09:21:00
Azərbaycanda 6 aylıq uşaq faciəli şəkildə öldü
2024-09-09 15:45:37
Azərbaycanda DƏHŞƏT: İki yaşlı uşaq masaj edilərkən öldü - YENİLƏNİB
2024-09-09 13:38:00
Yol qəzasında azı 11 məktəbli öldü - YENİLƏNİB
2024-09-03 09:11:00
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş
2024-05-28 22:20:00
ABŞ-da məktəbdə atışma olub, 2 nəfər yaralanıb
2024-05-24 13:45:40
Daha bir təhsil müəssisəsinə cinayət işi açılıb
2024-05-22 15:19:40
Görüntüləri yayılan məktəb direktoru işdən QOVULDU
2024-05-21 15:13:07
Azərbaycanda ən yaxşı kənd məktəbləri - SİYAHI
2024-05-16 14:40:16