Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-06 17:39:52
Təhsil krediti üçün müraciət vaxtı bu tarixdə yekunlaşır

Yaz sessiyasında təhsil krediti almaq istəyən tələbələrin müraciətləri iyunun 15-dək qəbul olunur.

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondundan bildirilib.


Belə ki, yaz sessiyası üçün təhsil tələbə krediti almaq istəyən tələbələr notarial qaydada təsdiqlənmiş ərizə ilə elektron informasiya sisteminə müraciət edə bilərlər. Müraciətlər bayram günləri və həftəsonu da daxil olmaqla, hər gün qəbul edilir.

Qeydiyyat yekunlaşdıqdan sonra belə müraciətlərin emalı davam edəcək.