Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-01 12:05:00
Bakı Şəhəri üzrə Təhsil İdarəsində ötən ay 13 mindən çox müraciətə baxılıb  

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Telefon Məlumat Mərkəzinə sentyabr ayında (telefon: (+99412) 599-12-22) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

BŞTİ-dən AzEdu.az-a bildirilib ki, bu müddət ərzində daxil olan 13 302 müraciətin əksəriyyəti dərhal cavablandırılıb və operativ şəkildə həll olunub.

Telefon Məlumat Mərkəzində 2 786 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 5 639 vətəndaş müraciəti daxil olub. 418 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.

Vətəndaşların Qəbulu Mərkəzində 3 859 sənəd qəbul olunub və qeydiyyata alınıb. Həmçinin 600 elektron müraciətə baxılıb.

Daxil olan müraciətlər daha çox müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəhazırlıq qruplarına və I sinfə uşaqların qəbulu, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması, informasiya təminatı, işə qəbul və digər müvafiq məsələləri əhatə edib.