
Yay tətili dövründə ekzotik istiqamətlərə yola düşərək, yeni kulinariya təcrübələri ilə şirnikləndirilə bilənlər çoxdur. Ancaq insanlar anlamalıdırlar ki,bəzi yeməklər narahatlıq, iflis və hətta ölümə səbəb ola bilər.
AzEdu.az Fransanın "sciencesetavenir.fr"(elm və gələcək) saytına istinadən dünyanın ən təhlükəli 7 yeməyini təqdim edir.
Buğa qurbağası – Namibyada ənənivi yemək olan buğa qurbağası tamamilə yeyilir. Təəssüf ki, qurbağanın bəzi hissələri çox təhlükəli ola bilər. Və böyrək çatışmazlığı yarada bilər.
Manyak- Cənubi Amerika, Afrika və Asiyada yetişdirilən kök bitkisidir. Geniş istifadə edilən bu yemək düzgün bişirilmədikdə çox təhlükəlidir.
Köpək balığı əti- Bu yeməkdə yüksək miqdarda sidik turşusu var. İnsanlar üçün əsl zəhərdir.
Kazu marzu- İtalyan pendiri kazu marzunu bəzi bialoqlar təhlükəli olduğunu iddia edirlər. Bildirirlər ki, bu mədə ağrılarına, qusma və qanlı ishala səbəb ola bilər.
Qara koprin- Adi göbələkdir. Spirt ilə yeyildikdə qusma və taxikardiyaya səbəb ola bilər.
Snakşi- Cənubi koreyada kulinariya ənənəsidir. Hər il orta hesabla boğulma nəticəsində 6 ölümə səbəb olur.