Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-01 15:49:00
“Bir” Tələbə-Könüllü Proqramı bu dəfə UNEC-də təqdim olundu

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının təqdimatı keçirilib.

UNEC-dən AzEdu.az-a bildirilib ki, layihənin ümumi işlər üzrə koordinatoru Canoğlan İlyasov proqram barədə məlumat verib. Bildirilib ki, “Bir” Tələbə-Könüllü Proqramı ölkəmizin siyasi və iqtisadi inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılan uzunmüddətli layihədir.

Görüşdə proqramın “Öyrən”, “Öyrət”, “Yaşa”, “Yaşat”, “Kəşf et” və “Zövq al” istiqamətləri üzrə Bakıda və regionlarda keçirilən layihələr barədə məlumat verilib. Qeyd edilib ki, ölkədə könüllülərin fəaliyyəti vahid məlumat bazasında sistemləşdirilir. Tələbənin könüllü olaraq dövlət əhəmiyyətli tədbirlərdə iştirakı gələcəkdə onun karyerasına müsbət təsir edə bilər.

Tədbirdə tələbələrin könüllülük fəaliyyətində daim fəal olduğu qeyd edilib.

C.İlyasov bildirib ki, könüllü olmaq üçün www.konullu.edu.az saytında qeydiyyatdan keçmək və seçdiyiniz dövlət və beynəlxalq miqyaslı tədbirin adını qeyd etmək lazımdır.

Sonda tələbələrin sualları cavablandırılıb.