
Qərbi Kaspi Universitetinin Tətbiqi və təbiət elmləri Məktəbinin müəllimləri - Elnarə Cəfərova, Günel Bahəddinova və Nərmin Fərzəliyeva Gürcüstanın Kaxeti vilayətində keçirilən “Ekosistem xidmətlərinin inkişaf planlamasına inteqrasiyası” adlı treyninqlərdə iştirak ediblər.
Universitetdən AzEdu.az-a verilən məlumata əsasən, 5 gün ərzində davam edən təlimlər Harvard metodologiyası ilə həyata keçirilib və əsasən dərslərin interaktiv, praktiki yolla tədrisi metodologiyalarını diqqətə çatdırıb.
Təlim “Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) GmbH"-ınAzərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə həyata keçirilib. Məlumat üçün bildirək ki, Qərbi Kaspi Universiteti Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə sıx əməkdaşlıq edir və bir çox birgə layihələrdə iştirak edirlər.