Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-15 08:30:00
“Son zəng” günü məzun ölümü olub? - DİN-dən açıqlama

"“Son zəng” günü məzun ölümü ilə bağlı hər hansı ağır hadisə baş verməyib".

 

AzEdu.az xəbər verir ki, bunu DİN-in Mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

 

O deyib ki, sosial şəbəkələrdə yayılan hər informasiya doğru deyil: “Dəqiqləşdirməyi tövsiyə edirik. DİN-in mətbuat xidməti 7/24 rejimdə fəaliyyət göstərir.

 

“Son zəng” günü məzun ölümü ilə bağlı hər hansı ağır hadisə baş verməyib. Bütün ölkə üzrə DİN əməkdaşları - yol polisi, post-patrul xidməti və digər xidmət əməkdaşları gərgin rejimdə çalışıblar. Bütün məzunları bu gün münasibətilə təbrik edirik, onlara təhlükəsiz həyat arzulayırıq”.